Ana Sayfa > İdman > İbrahimoviç karyerasını bitirməyə hazırlaşır

İbrahimoviç karyerasını bitirməyə hazırlaşır


6-04-2022, 23:46. Yazar: admin


İtaliyanın “Milan” klubunun hücumçusu Zlatan İbrahimoviç cari mövsümün sonunda futbolla vidalaşa bilər.

Mənbə yazır ki, 41 yaşlı isveçli forvard cari il “Milan”nın heyətində İtaliya çempionluğunu və ya İtaliya Kubokunu qazanacağı təqdirdə bu addımı atacaq.

Qeyd olunur ki, hücumçunun peşəkar karyerasını başa vurmaq istəməsinin digər səbəbi də İsveç millisinin Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına vəsiqə qazana bilməməsidir.

İllik 7 milyon avro maaş alan Z.İbrahimoviç komandanın ən yüksək ödənişli oyunçusudur.

La Gazzetta dello Sport
Geri dön