Ana Sayfa > İdman > Portuqaliya və Polşa yığmaları dünya çempionatına vəsiqə qazanıblar

Portuqaliya və Polşa yığmaları dünya çempionatına vəsiqə qazanıblar


30-03-2022, 01:32. Yazar: admin


2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsinin növbəti iştirakçıları bəlli olub.

"Report"un məlumatına görə, Avropa zonası üzrə pley-off raundunun final oyunlarından sonra daha iki vəsiqənin sahibi müəyyənləşib.

Portuqaliya yığması evdə Şimali Makedoniyanı 2 cavabsız qolla məğlub edib. Hər iki qolun müəllifi Brunu Fernandeş olub. İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi 32 və 65-ci dəqiqədələrdə fərqlənərək, komandasını DÇ-2022-yə çıxarıb.

Digər matçda isə Polşa millisi İsveçə eyni hesabla qalib gələrək, final mərhələsinə adlayıb. Meydan sahiblərinin heyətində qolları 50-ci dəqiqədə penaltidən Robert Levandovski və 72-ci dəqiqədə Pyotr Zelinski vurublar.

DÇ-2022, pley-off mərhələsi
Final
29 mart

22:45. Portuqaliya - Şimali Makedoniya - 2:0

Qollar: Brunu Fernandeş, 32; 65
Geri dön