Ana Sayfa > İdman > “Qalatasaray” "Trabzonspor"a uduzdu
“Qalatasaray” "Trabzonspor"a uduzdu23-01-2022, 22:59. Yazar: admin |
Türkiyə Super Liqasının XXIII turunda “Qalatasaray”la “Trabzonspor” qarşılaşıb. Apasport.az saytının məlumatına görə, uğursuz mövsüm keçirən İstanbul klubu çempionatın liderini öz meydanında qəbul edib. 31-ci dəqiqədə Çiçaldaunun vurduğu penalti “Qalatasaray”a üstünlük qazandırıb. Lakin istanbullular bu üstünlüyü qoruya bilməyib. Çempionatın lideri nəinki məğlubiyyətdən qaça bilib, hətta qələbə qazanıb. Anastasios Bakasetas 84-cü, Edin Viskanın 90-cı dəqiqədə vurduğu qollar “Trabzonspor”a üç xal qazandırıb. Bu qələbədən sonra xal hesabını 54-ə yüksəldən “Trabzonspor” çempionatın lideridir. Aktivində 27 xal olan istanbullular 15-ci pillədə qərarlaşıb. Qeyd edək ki, trabzonluların ən yaxın izləyicisi “Konyaspor” bir oyun az keçirib və 9 xal geridədir. Geri dön |