Ana Sayfa > İdman > İrina Zaretska gümüş medal QAZANDI

İrina Zaretska gümüş medal QAZANDI


23-01-2022, 19:47. Yazar: admin

İrina Zaretska gümüş medal QAZANDI
Azərbaycanın qadın karateçisi İrina Zaretska "Paris Open 2022" turnirində final görüşünə çıxıb.

"Unikal" xəbər verir ki, 68 kq çəki dərəcəsindəki idmançı qızıl medal uğrunda fransalı Alizye Ajye ilə qarşılaşıb.

Rəqibinə 2:4 hesabı ilə uduzan ikiqat dünya və Avropa çempionu gümüş medalla kifayətlənib.

Qeyd edək ki, İrina Zaretska İdman Araşdırmalar Mərkəzinin "İlin Qalibləri-2021" layihəsində jurnalistlər arasında keçirdiyi sorğunun nəticələrinə əsasən ilin idmançısı seçilib.
Geri dön