Ana Sayfa > İdman > “Fənərbaxça” “Beşiktaş”la heç-heçə oynayıb

“Fənərbaxça” “Beşiktaş”la heç-heçə oynayıb


19-12-2021, 22:00. Yazar: admin
“Fənərbaxça” “Beşiktaş”la heç-heçə oynayıb

Türkiyə Super Liqasında XVII tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, turun son matçında “Fənərbaxça” “Beşiktaş”ı qəbul edib.

Bu, 2021-ci ilin son derbisi olub. Əzəli rəqiblərin 353-cü dueli məhsuldar alınıb. 14-cü dəqiqədə “Fənərbaxça”nın ulduz futbolçusu Mesut Özil penaltidən hesabı açıb. 11 dəqiqə sonra Jozef de Souza sabiq komandasını cəzalandıraraq status-kvonu bərpa edib. Lakin Merqim Berişa yarım saatın tamamında ev sahiblərini yenidən önə keçirib.


Geri dön