Ana Sayfa > İdman > PSJ qazandı, Neymar ağlayaraq meydançanı tərk etdi

PSJ qazandı, Neymar ağlayaraq meydançanı tərk etdi


28-11-2021, 21:49. Yazar: admin
PSJ qazandı, Neymar ağlayaraq meydançanı tərk etdi

Fransa Liqa 1-də XV tur çərçivəsində keçirilən “Sent Etyen”-PSJ matçı hücumçu Neymar üçün uğursuz olub.

Oxu.Az xəbər verir ki, ilk öncə, futbolçunun 5-ci dəqiqədə vurduğu qol VAR-ın qərarı ilə hesaba alınmayıb. Matçın ikinci hissəsində isə o, zədələnərək oyundan kənarda qalıb. Neymar ağlayaraq meydançanı xərəkdə tərk edib.

Qarşılaşma isə paytaxt klubunun 3:1-lik üstünlüyü ilə bitib. Maraqlıdır ki, hər üç qolda məhsuldar ötürməni Messi edib.
Geri dön