Ana Sayfa > İdman > İsveçli ulduz yığmaya qayıtdı: İbrahimoviç gücünü Qafqazda sınayacaq
İsveçli ulduz yığmaya qayıtdı: İbrahimoviç gücünü Qafqazda sınayacaq11-11-2021, 11:45. Yazar: admin |
![]() Bu gün futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində IX tura start veriləcək. Vertikal.az xəbər verir ki, ilk oyun günündə 4 qrupda 10 matç keçiriləcək. Millimizin də yer aldığı A qrupunda Portuqaliya İrlandiya üzərində səfər qələbəsi ilə qrupda yenidən liderliyi ələ ala bilər. Çünki hazırkı lider Serbiya bu gün Qətərlə qeyri-rəsmi oyuna çıxacaq. B qrupunun lideri İsveç Gürcüstana səfərdə qalib gəlsə, Qətərdəki final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edə bilər. Bunun üçün üçqat Avropa çempionu İspaniya da Yunanıstan səfərində qələbə qazanmamalıdır. Batumidəki görüşdə 40 yaşlı Zlatan İbrahimoviçin yığmaya dönüşü rəsmiləşəcək. H qrupundakı Rusiya da DÇ-2022-də iştirakını rəsmiləşdirə bilər. Valeri Karpinin baş məşqçi olduğu komanda bundan ötrü evdə Kipri məğlub etməli və Xorvatiyanın Malta səfərində büdrəməsini gözləməlidir. J qrupunda İrəvanda keçiriləcək Ermənistan – Şimali Makedoniya görüşü isə qrup ikinciliyi uğrunda əhəmiyyətli matçlardan sayılır. DÇ-2022-nin seçmə mərhələsi IX tur A qrupu 21:00 Azərbaycan – Lüksemburq 23:45 İrlandiya – Portuqaliya B qrupu 21:00 Gürcüstan – İsveç 23:45 Yunanıstan – İspaniya H qrupu 21:00 Rusiya – Kipr 23:45 Malta – Xorvatiya 23:45 Slovakiya – Sloveniya J qrupu 21:00 Ermənistan – Şimali Makedoniya 23:45 Rumıniya – İslandiya 23:45 Almaniya – Lixtenşteyn Geri dön |