Ana Sayfa > İdman > Çempionlar Turu: Rəcəbov Aronyana qalib gəlib, Məmmədyarov uduzub
Çempionlar Turu: Rəcəbov Aronyana qalib gəlib, Məmmədyarov uduzub30-09-2021, 00:24. Yazar: admin |
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində V turun görüşləri keçirilib. Bu turda Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanla, Şəhriyar Məmmədyarov isə rusiyalı Vladislav Artemyevlə qarşılaşıb. Birinci, üçüncü və dördüncü partiyalarda heç-heçə edən Rəcəbov ikinci qarşılaşmada qalib gələrək 2,5:1,5 hesablı qələbə qazanıb. Məmmədyarov isə startda uğursuzluqla üzləşsə də, bir məğlubiyyət və bir heç-heçədən sonra üçüncü görüşdə qələbə sayəsində hesabı bərabərləşdirib. Lakin dördüncü partiyada da Artemyevlə bacarmayan 36 yaşlı qrossmeyster yekunda məğlub olub - 1,5:2,5. Qeyd edək ki, sentyabrın 30-da oynanılacaq VI turda Rəcəbov So, Məmmədyarov isə Nakamuro ilə qarşılaşacaq. Geri dön |