Ana Sayfa > İdman > Ronaldo 12 ildən sonra “Mançester Yunayted”in formasında meydana çıxdı və qollar atdı

Ronaldo 12 ildən sonra “Mançester Yunayted”in formasında meydana çıxdı və qollar atdı


11-09-2021, 19:42. Yazar: admin
Ronaldo 12 ildən sonra “Mançester Yunayted”in formasında meydana çıxdı və qollar atdı

“Mançester Yunayted”in yeni transferi Kriştiano Ronaldo dönüşünü qeyd edib.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı superulduz İngiltərə Premyer Liqasının IV turunda buna nail olub.

“Nyukasl”ı qəbul edən “qırmızı şeytanlar”ın start heyətində meydana çıxan 36 yaşlı forvard 12 ildən sonra yenidən “Mançester Yunayted”in formasını geyinib.

Qeyd edək ki, Kriştiano Ronaldo 2003-2009-cu illərdə “Mançester Yunayted”də çıxış edib. Beləki Ronaldo 45+2' , 62'- ci dəqiqələrdə fərqlənib.
Geri dön