Ana Sayfa > İdman > Azərbaycanlı idmançının Tokioda tələbi yerinə yetirildi: Test götürüləcək - ÖZƏL

Azərbaycanlı idmançının Tokioda tələbi yerinə yetirildi: Test götürüləcək - ÖZƏL


25-08-2021, 14:11. Yazar: admin
Azərbaycanlı idmançının Tokioda tələbi yerinə yetirildi: Test götürüləcək - ÖZƏL
Koronavirus testi pozitiv çıxmış azərbaycanlı cüdoçu Ramil Qasımov Tokio Yay Paralimpiya Oyunlarında mübarizə apara bilər.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, səhhətində koronavirus simptomları müşahidə edilməyən idmançının təşkilatçılardan təkrar testlə bağlı tələbi yerinə yetirilib.

Ondan sabah yenidən test götürüləcək. Əgər testin nəticəsi neqativ çıxsa, o, avqustun 27-də çəkiölçmə mərasiminə, bir gün sonra isə yarışda mübarizəyə qatılacaq.

Qeyd edək ki, 2016-cı ildə keçirilmiş son Paralimpiya Oyunlarının qalibi olan Ramil Qasımovun adı bu gün keçiriləcək püşkatma mərasimində də yer alıb. Belə ki, o, mübarizə aparmalı olsa, Qazaxıstan cüdoçusu Temircan Dövlətlə qarşılaşacaq.
Geri dön