Ana Sayfa > İdman > Tokio Olimpiadası: Hacı Əliyev də yarımfinalda - FOTO + YENİLƏNİR

Tokio Olimpiadası: Hacı Əliyev də yarımfinalda - FOTO + YENİLƏNİR


6-08-2021, 08:52. Yazar: admin
Tokio Olimpiadası: Hacı Əliyev də yarımfinalda - FOTO + YENİLƏNİR

Sərbəst güləşçimiz Hacı Əliyev də yarımfinala vəsiqə qazanıb.

Oxu.Az xəbər verir ki, o, ikiqat dünya mükafatçısı, üçqat Asiya çempionu Dövlət Niyazbəyova (Qazaxıstan) 9:1 hesabı ilə qalib gəlib.

Beləliklə, güləşdə səhər seansı başa çatıb. Axşam seansında Azərbaycandan Hacı Əliyev və Mariya Stadnik yarımfinalda qarşılaşacaqlar. Hacının rəqibi üçqat dünya mükafatçısı, ikiqat Asiya çempionu Bacranq Punia (Hindistan), Mariyanınkı ikiqat dünya çempionu Yui Susaki (Yaponiya) olacaq.

07:23

Azərbaycanın daha bir sərbəst güləşçisi, Olimpiya mükafatçısı, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev Tokio Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Oxu.Az xəbər verir ki, 65 kq-da çıxış edən idmançımız 1/8 final mərhələsində səkkizqat Afrika çempionu Adama Diatta (Seneqal) ilə üz-üzə gəlib.

Rəqibinə 4:0 hesabı ilə qalib gələn Əliyev 1/4 finala vəsiqə qazanıb. Onun növbəti rəqibi Dövlət Niyazbəyov (Qazaxıstan) olacaq.


Geri dön