Ana Sayfa > İdman > Tokio-2020: Azərbaycan ilk medalını qazanıb
Tokio-2020: Azərbaycan ilk medalını qazanıb30-07-2021, 13:53. Yazar: admin |
![]() Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb. "Report"un məlumatına görə, buna 78 kq-dan yuxarı çəki dərəcəsindəki qadın cüdoçu İrina Kindzerska nail olub. 30 yaşlı idmançı çinli Şiyan Xunu ipponla məğlubiyyətə uğradaraq, bürünc medala yiyələnib. Bu, həm də Tokio-2020-də Azərbaycanın cüdo növündə yeganə olimpiya medalı olub. Komandanın 9 üzvündən daha əvvəl ən yüksək nəticəni bayraqdar Rüstəm Orucov (73 kq) 5-ci yeri tutmaqla əldə edib. Digər tərəfdən, Kindzerska Azərbaycana medal qazandıran ilk qadın cüdoçu olub. Müstəqillik dövründə əvvəlki medalları kişi cüdoçular əldə edib. Geri dön |