Ana Sayfa > İdman > Tokio-2020: Azərbaycan təmsilçilərindən 10-u mübarizəni dayandırdı
Tokio-2020: Azərbaycan təmsilçilərindən 10-u mübarizəni dayandırdı25-07-2021, 14:35. Yazar: admin |
Azərbaycanın daha 4 idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. "Report"un məlumatına görə, boksçulardan Cavid Çələbiyev 1/16 final mərhələsində Ukrayna təmsilçisi Yaroslav Hartsizə qalib gəlib. 63 kq çəki dərəcəsindəki idmançı növbəti raundda Ovannes Baçkovla (Ermənistan) qarşılaşacaq. Cüdoçu Orxan Səfərov 1/16 final mərhələsində Yerlan Serikjanova (Qazaxıstan) vazari xalı ilə uduzaraq yarışla vidalaşıb. Stend atıcısı Emin Cəfərov təsnifat mərhələsinin ilk gününü 71 xalla 24-cü sırada tamamlayıb. Onunla birlikdə daha 5 idmançı eyni xalı toplayıb. Təsnifat mərhələsi sabah davam edəcək. 5 raundan sonra ilk 6 pillənin sahibi finala vəsiqə qazanacaq. Qadın idman gimnastı Marina Nevrasova 4 hərəkətin cəmində 48.232 bal toplayaraq, 68 iştirakçı arasında 55-ci yeri tutub. Beləliklə, Azərbaycanın daha iki idmançısı - Səfərov və Nekrasova mübarizəni dayandırmalı olub. Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 8 idmançısı olimpiada ilə vidalaşıb. Geri dön |