Ana Sayfa > İdman > Şəhriyar Məmmədyarov “2021 Superbet Chess Classic” turnirinin qalib olub

Şəhriyar Məmmədyarov “2021 Superbet Chess Classic” turnirinin qalib olub


14-06-2021, 19:02. Yazar: admin
Şəhriyar Məmmədyarov “2021 Superbet Chess Classic” turnirinin qalib olub

Azərbaycanın iki şahmatçısının qatıldığı “2021 Superbet Chess Classic” turniri başa çatıb.

Apasport.az saytının məlumatına görə, qrossmeysterimiz Şəhriyar Məmmədyarov yarışın qalibi olub.

Sonuncu - IX turda fransalı Maksim Vaşye-Laqravla heç-heçə edən qrossmeysterimiz xal hesabını 6-ya çatdırıb. Bununla da Şəhriyar yarışı birinci pillədə başa vurub.

Digər təmsilçimiz Teymur Rəcəbov turniri 4,5 xalla bitirib. O, son turda ermənistanlı Levon Aronyanla heç-heçə edib.
Geri dön