Ana Sayfa > İdman > "Qarabağ" klubu braziliyalı futbolçu ilə maraqlanır

"Qarabağ" klubu braziliyalı futbolçu ilə maraqlanır


8-05-2021, 09:59. Yazar: admin
"Qarabağ" klubu braziliyalı futbolçu ilə maraqlanır

"Qarabağ" klubu Portuqaliyanın "Real SC" klubunda çıxış edən Felipe Rayanla maraqlanır.

"Report" xəbər verir ki, bu barədə ölkənin "Record" nəşri məlumat yayıb.

Bildirilib ki, 24 yaşlı braziliyalı yarımmüdafiəçini Azərbaycan çempionu ilə yanaşı Rumıniya təmsilçiləri də heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Felipe Rayan 2019-cu ildən "Real SC"də oynayır. Komanda Portuqaliyanın 3-cü liqasında mübarizə aparır.
Geri dön