Ana Sayfa > İdman > Şəhriyar Məmmədyarov Levon Aronyana qalib gəlib, 3-cü olub
Şəhriyar Məmmədyarov Levon Aronyana qalib gəlib, 3-cü olub3-05-2021, 00:38. Yazar: admin |
Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində həlledici görüşlərə bu gün yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, artıq 3-cü yerin sahibi bəlli olub. Bu pilləyə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov yüksəlib. O, 3-cü yer uğrunda matçda ermənistanlı Levon Aronyana qalib gəlib. İlk görüşdə heç-heçə (2:2) qeydə alınsa da, cavab qarşılaşmasında qrossmeysterimiz 2,5:0,5 (1:0, 0,5:0,5, 1:0) hesabı ilə qələbə qazanıb. Qeyd edək ki, mərhələnin qalibi Hikaru Nakamura (ABŞ) – Maqnus Karlsen (Norveç) duelində bəlli olacaq. İlk görüşdə Nakamura 1:3 hesabı ilə uduzub. Geri dön |