Ana Sayfa > İdman > AFFA-dan Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı

AFFA-dan Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı


1-05-2021, 02:54. Yazar: admin

AFFA-dan Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.

Bu barədə "Report" assosiasiyanın rəsmi saytına istinadən xəbər verir.

"Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov vəfat edib. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi ölkəmizin futbol ictimaiyyəti adından ağır itki ilə bağlı dərin hüznlə başsağlığı verir, mərhumun doğmalarına səbir diləyir.

Allah rəhmət eləsin!" - başsağlığıda bildirilir.
Geri dön