Ana Sayfa > İdman > "Milan" 40 yaşlı İbrahimoviçlə müqavilə bağladı

"Milan" 40 yaşlı İbrahimoviçlə müqavilə bağladı


23-04-2021, 14:24. Yazar: admin
"Milan" 40 yaşlı İbrahimoviçlə müqavilə bağladı

"Milan" futbolçusu Zlatan İbrahimoviçlə müqaviləni uzatdığını rəsmən açıqlayıb.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, isveçli forvardla yeni 1 illik sözləşmə imzalanıb. İtaliya mətbuatı oktyabrda 40 yaşı tamam olacaq futbolçunun illik 7 milyon avro maaş alacağını yazıb.

Qeyd edək ki, Zlatan İbrahimoviç 2020-ci ilin yanvarından "Milan"da çıxış edir. O, 2010-2012-ci illərdə də "qara-qırmızı"da oynayıb. İbrahimoviç bu mövsüm 24 oyuna 17 qol vurub.
Geri dön