Ana Sayfa > İdman > Əxlaqsız davranışda ittiham olunan Makqreqorun işinə xitam verildi

Əxlaqsız davranışda ittiham olunan Makqreqorun işinə xitam verildi


15-04-2021, 15:36. Yazar: admin
Əxlaqsız davranışda ittiham olunan Makqreqorun işinə xitam verildi

Fransanın Bastiya şəhərinin prokurorluğu Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqorla bağlı işə xitam verib.

"Report"un məlumatına görə, bu barədə irlandiyalı idmançının nümayəndəsi Karen Kessler TMZ portalına açıqlamasında bildirib.

O, səbəb kimi sübutların azlığını göstərib. Kessler seksual xarakterterli hərəkətlərə yol verməkdə günahlandırılan Makqreqorla bağlı bütün ittihamların ləğv edildiyini söyləyib.

Qeyd edək ki, Konor Maqreqor ötən il martın 12-də Fransaya aid Korsika adasında qeyri-etik hərəkətinə görə polis tərəfindən saxlanılıb.
Geri dön