Ana Sayfa > İdman > DÇ-2022: Bu gün seçmə mərhələdə daha 13 oyun keçiriləcək
DÇ-2022: Bu gün seçmə mərhələdə daha 13 oyun keçiriləcək25-03-2021, 07:40. Yazar: admin |
Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində növbəti matçlar keçiriləcək. "Report"un məlumatına görə, ikinci oyun günündə B, C, F, I və J qruplarında 13 qarşılaşma baş tutacaq. B qrupunda İspaniya millisi Yunanıstanı, İsveç yığması isə Gürcüstanı qəbul edəcək. İtaliya da seçmə mərhələyə doğma meydanda start verəcək. B qrupunda yer alan Roberto Mançininin başçılıq etdiyi kollektiv Şimali İrlandiya ilə üz-üzə gələcək. I qrupunda İngiltərə millisi San-Marino ilə münasibətlərinə aydınlıq gətirəcək. J qrupunda mübarizə aparan Almaniya yığması isə İslandiya ilə qarşılaşacaq. DÇ-2022-nin seçmə mərhələsi I tur 25 mart B qrupu 23:45. İspaniya - Yunanıstan 23:45. İsveç - Gürcüstan C qrupu 21:00. Bolqarıstan - İsveçrə 23:45. İtaliya - Şimali İrlandiya F qrupu 21:00. İsrail - Danimarka 23:45. Şotlandiya - Avstriya 23:45. Moldova - Farer adaları I qrupu 23:45. İngiltərə - San-Marino 23:45. Macarıstan - Polşa 23:45. Andorra - Albaniya J qrupu 23:45. Almaniya - İslandiya 23:45. Rumıniya - Şimali Makedoniya 23:45. Lixtenşteyn - Ermənistan Qeyd edək ki, seçmə mərhələyə ötən keçirilən 13 oyunla start verilib. Geri dön |