Ana Sayfa > İdman > Azərbaycan millisi 12-ci dəfə topu öz qapısına vurub
Azərbaycan millisi 12-ci dəfə topu öz qapısına vurub25-03-2021, 07:38. Yazar: admin |
Apasport.az saytının məlumatına görə, bu, DÇ-2022-nin seçmə mərhələsinin I turunun Portuqaliya ilə oyununda baş verib. Turində keçirilən və hazırda davam edən görüşün 37-ci dəqiqəsində Maksim Medvedev avtoqol müəllifi olub. Bu, kapitanın millinin heyətində 2-ci avtoqolu kimi tarixə düşüb. O, 2018-ci ildə Belarusla yoldaşlıq görüşündə də topu öz qapımızdan keçirməklə hesabı açmışdı. Medvedevə qədər yığmamız 11 dəfə belə uğursuzluq yaşayıb. İlk avtoqol Tərlan Əhmədovun hesabındadır. Antirekordçu isə Rəşad Sadıqovdur. O, 4 dəfə topu yığmamızın qapısından keçirib. Millidə Tərlan Əhmədov, Emin Ağayev, Emin Quliyev, Aftandil Hacıyev, Pavel Paşayev və Anton Krivotsyuk da avtoqola üzülüb. 7 sentyabr 2002-ci il. AÇ-2004-ün seçmə mərhələ oyunu Bakı. Azərbaycan – İtaliya 0:2 Tərlan Əhmədov, 32 – hesabı açıb 12 oktyabr 2002-ci il. AÇ-2004-ün seçmə mərhələ oyunu Helsinki. Finlandiya – Azərbaycan – 3:0 Emin Ağayev, 14 – hesabı açıb 14 dekabr 2003-cü il. Yoldaşlıq görüşü Dubay. BƏƏ – Azərbaycan – 3:3 Emin Quliyev, 4 – hesabı açıb 26 mart 2005-ci il. DÇ-2006-ın seçmə mərhələ oyunu Varşava. Polşa – Azərbaycan – 8:0 Aftandil Hacıyev, 16 – hesabı 0:2 edib 29 may 2010-cu il. Yoldaşlıq görüşü. Bişofshofen. Makedoniya – Azərbaycan – 3:1 Rəşad Sadıqov, 66 – hesabı 0:2 edib 7 sentyabr 2010-cu il. AÇ-2012-nin seçmə mərhələ oyunu Köln. Almaniya – Azərbaycan – 6:1 Rəşad Sadıqov, 53 – hesabı 0:4 edib 13 oktyabr 2014-cü il. AÇ-2016-nın seçmə mərhələ oyunu Osiyek. Xorvatiya – Azərbaycan – 6:0 Rəşad Sadıqov, 61 – hesabı 0:6 edib 1 sentyabr 2017-ci il. DÇ-2018-in seçmə mərhələ oyunu Oslo. Norveç – Azərbaycan – 2:0 Rəşad Sadıqov, 60 – hesabı 0:2 edib 23 mart 2018-ci il. Yoldaşlıq görüşü Bakı. YO. Azərbaycan – Belarus – 0:1 Maksim Medvedev, 42 – yeganə qol 6 sentyabr 2019-cu il. AÇ-2020-nin seçmə mərhələsi Kardiff. Uels – Azərbaycan – 2:1 Pavel Paşayev, 26 – hesabı açıb 5 sentyabr 2020-ci il. Millətlər Liqası Bakı. Azərbaycan – Lüksemburq – 1:1 Anton Krivotsyuk, 48 – hesabı 1:1 edib 24 mart 2021-ci il. DÇ-2022-nin seçmə mərhələsi Turin. Portuqaliya – Azərbaycan – 1:0 (oyun davam edir) Maksim Medvedev, 37 – hesabı açıb Geri dön |