Ana Sayfa > İdman > Futzal millimiz bu gün Moldova ilə qarşılaşacaq
Futzal millimiz bu gün Moldova ilə qarşılaşacaq4-03-2021, 09:11. Yazar: admin |
Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. "Report"un məlumatına görə, 3-cü qrupda mübarizə aparan Joze Alesionun başçılıq etdiyi kollektiv evdə Moldova yığması ilə qarşılaşacaq. Bakı İdman Sarayındakı görüş saat 19:00-da start götürəcək. Matçı İtaliyadan olan Culio Kolombin idarə edəcək. Ona San Marinodan Daniele Dadamo köməklik göstərəcək. Avropa çempionatının seçmə mərhələsi III tur 19:00. Azərbaycan - Moldova Hakimlər: Culio Kolombin, Daniele Dadamo Bakı İdman Sarayı. Qeyd edək ki, qrupdakı ilk iki oyunda maksimum nəticə qazanan Azərbaycan millisi 6 xalla liderdir. Moldova isə 4 xalla 2-cidir. Qrupun digər görüşündə Slovakiya Yunanıstanı qəbul edəcək. Geri dön |