Ana Sayfa > İdman > Kriştianu Ronaldu məhsuldarlıq üzrə unikal rekorda imza atdı
Kriştianu Ronaldu məhsuldarlıq üzrə unikal rekorda imza atdı3-03-2021, 08:07. Yazar: admin |
"Yuventus" futbol komandasının hücumçusu Kriştianu Ronaldu İtaliya çempionatının "Spetsiya" ilə matçında fərqlənib. “Report” xəbər verir ki, matç turinlilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qollardan birini Ronaldu vurub. Bu, 36 yaşlı portuqaliyalının A Seriyasının cari mövsümündə 20-ci qolu olub. Ronaldu artıq 12-ci dəfədir milli çempionatlarda azı 20 qol vurur. Bu, müasir futbolda mütləq rekorddur. Geri dön |