Ana Sayfa > İdman > "Yuventus" İtaliya Kubokunun finalına çıxdı

"Yuventus" İtaliya Kubokunun finalına çıxdı


10-02-2021, 03:06. Yazar: admin
"Yuventus" İtaliya Kubokunun finalına çıxdı

"Yuventus" İtaliya Kubokunun 1/2 finalının cavab matçında Milan "İnter"ini qəbul edib.

“Report” xəbər verir ki, görüş Turinin "Alyans-Yuventus" stadionunda keçirilib və 0:0 hesabı ilə başa çatıb.

"İnter" və "Yuventus" komandaları arasında birinci yarımfinal matçı bir həftə əvvəl - fevralın 2-də, Milanın "Cuzeppe Meassa" stadionunda olub. Qarşılaşma “Yuventus”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, Turin klubu İtaliya Kubokunun finalına çıxıb.

Qeyd edək ki, Andrea Pirlonun yetirmələri “Napoli” - “Atalanta” cütlüyün qalibi ilə oynayacaqlar.
Geri dön