Ana Sayfa > İdman > Kriştiano Ronaldo və sevgilisi karantin qaydalarını pozmaqda ittiham olunur

Kriştiano Ronaldo və sevgilisi karantin qaydalarını pozmaqda ittiham olunur


28-01-2021, 16:14. Yazar: admin

Kriştiano Ronaldo və sevgilisi karantin qaydalarını pozmaqda ittiham olunur
İtaliyanın “Yuventus” klubunun və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo karantin qaydalarını pozmaqda ittiham olunur.

Apasport.az saytının məlumatına görə, ulduz hücumçunun sevgilisi Corcina Rodrigeslə birgə koronavirusa qarşı protokolu pozduğu iddia edilir.

Cütlük Pyemont və Valle-Daosta arasında sərhədi keçərkən qaydalar çərçivəsindən çıxıblar. Onlar Corcinanın 27 yaşını dağ xizəyi kurortunda qeyd edib.

Ronaldo və sevgilisinin Val Veni yamacında gəzdikdən sonra Kurmayora qayıdıb. Bu zaman onlar rəsmən bağlı olan oteldə məskunlaşıblar. Bu, internetdə yayılan videoda da əksini tapsa da, tezliklə görüntülər silinib.
Geri dön