Ana Sayfa > İdman > Şəhriyar Məmmədyarov “Titled Tuesday Blitz” Qran-Prisinin mərhələ yarışının qalibi olub

Şəhriyar Məmmədyarov “Titled Tuesday Blitz” Qran-Prisinin mərhələ yarışının qalibi olub


20-01-2021, 16:16. Yazar: admin
Şəhriyar Məmmədyarov “Titled Tuesday Blitz” Qran-Prisinin mərhələ yarışının qalibi olub

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Titled Tuesday Blitz” Qran-Prisinin mərhələ yarışının qalibi olub.

AZƏRTAC xəbər verir ki, 11 turdan 10 xal toplayan qrossmeyster birinci yeri tutub. Ondan yarım xal geri qalan hindistanlı Raunak Sadvani və ukraynalı Aleksandr Zubov sonrakı iki pillədə qərarlaşıblar.

İsveçrə sistemi üzrə keçirilən turnirdə 741 şahmatçı iştirak edib.
Geri dön