Ana Sayfa > İdman > Son 17 ilin rekordu “Qarabağ”dan
Son 17 ilin rekordu “Qarabağ”dan12-01-2021, 16:39. Yazar: admin |
Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinin ən məhsuldar komandası “Qarabağ” olub. Qurban Qurbanovun yetirmələri çempionat ərzində 12 matçda 31 qol vurub. Bu, son 17 ilin mütləq rekordudur. Belə ki, 2004/05 mövsümündən indiyədək heç bir komanda ilk 12 oyunda bu qədər qol vurmayıb. Bunadək rekord 2004/05 mövsümündə 29 dəfə fərqlənən Ağdam klubuna məxsus idi. Daha yüksək məhsuldarlığa sonuncu dəfə 2003/04 mövsümündə təsadüf olunub. Həmin vaxt “Qarabağ” 36, “Şəmkir” 31 dəfə rəqib qapısına yol tapıb. 1992-ci ildən keçirilən çempionatın tarixinə nəzər salsaq, startdakı 12 matçda 31 və ya daha çox qolun vurulmasına 14-cü dəfə təsadüf olunur. Mütləq rekord “Neftçi”yə məxsusdur. Bakılılar 1996/97 mövsümündə 47 dəfə fərqlənib. “Kəpəz” 1995/96 mövsümündə 42, Sumqayıt “Xəzər”i 1992-ci ildə 40 qola imza atıb. Geri dön |