Ana Sayfa > İdman > Qurban Qurbanov: “Nəticə üçün gəlmişdik, amma alınmadı”
Qurban Qurbanov: “Nəticə üçün gəlmişdik, amma alınmadı”23-10-2020, 03:07. Yazar: admin |
“Rəqibi təbrik edirəm. Bura nəticə qazanmaq üçün gəlmişdik, amma alınmadı”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. 48 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin I turunun “Makkabi” (Təl-Əviv, İsrail) ilə səfər oyunu barədə fikirlərini açıqlayıb. O, komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatan görüşdən sonra mətbuat konfransında görüşü dəyərləndirib: “Heyətimizdə problemlər var idi, buna baxmayaraq ən yaxşısını etməyə çalışdıq. Artıq bu oyunu unudub qarşıdakı oyunlara hazırlaşmalıyıq, bizi qrup mərhələsində qarşıda daha 5 oyun gözləyir". Geri dön |