Ana Sayfa > İdman > Messi üçün həlledici gün

Messi üçün həlledici gün


3-09-2020, 11:29. Yazar: admin

Messi üçün həlledici gün
Mətbuata Lionel Messinin İspaniyanı tərk etməyəcəyi barədə yeni məlumatlar sızıb.

İspaniya KİV-ləri Argentinanın “TyC Sports” agentliyinə istinadən xəbər verir ki, 33 yaşlı ulduz futbolçu 2021-ci ilin yayına qədər “Barselona”da qalacaq.

Mənbə yazır ki, 3 sentyabr L. Messinin transfer məsələsində həlledici gün hesab oluna bilər.

Xatırladaq ki, L. Messi 16 il formasını geyindiyi “Barselona” klubunun rəhbərliyinə müraciət sənədi ünvanlayıb.

L.Messi onunla müqaviləyə xitam verilməsini xahiş edir.
Geri dön