Ana Sayfa > İdman > Çempionlar Liqasında final mərhələsi başlayır
Çempionlar Liqasında final mərhələsi başlayır11-08-2020, 19:12. Yazar: admin |
Sabah Çempionlar Liqasının 2019/20 mövsümünün Portuqaliyada keçiriləcək final mərhələsi start götürəcək. Apasport.az saytının məlumatına görə, bir oyundan ibarət olacaq 1/4 final mərhələsinin qarşılaşmaları 4 günü əhatə edəcək. Sabahdan etibarən hər gün Lissabonda bir oyun baş tutacaq. İlk olaraq “Atalanta” ilə PSJ üz-üzə gələcək. İtaliyanın bu turnirdə yoluna davam edən yeganə komandası favoritlərdən sayılan Paris təmsilçisi qarşısında sensasiya etməyə çalışacaq. ƏTRAFLI Azmedia24 1/4 finalın daha bir sürpriz komandası “Leypsiq” bu turnirin son illər təcrübəli klubuna çevrilən “Atletiko” önündə gücünü sınayacaq. Avqustun 14-də erkən final baş tutacaq. Bu mərhələnin ən çox maraq doğuran duelində İspaniya və Almaniyanın digər komandaları “Barselona” ilə “Bavariya” yarımfinala vəsiqə uğrunda qarşılaşacaq. Son gündə isə müvafiq olaraq “Real” və “Yuventus”u sıradan çıxaran “Mançester Siti” ilə “Lion” münasibətlərinə aydınlıq gətirəcək. Qeyd edək ki, cütlüklərdə hələlik ilk iki oyunun hakimləri açıqlanıb. Çempionlar Liqası 1/4 final 12 avqust 23:00. “Atalanta” (İtaliya) – PSJ (Fransa) Baş hakim: Entoni Teylor (İngiltərə) Lissabon. “Da Luş” stadionu 13 avuqst 23:00. “Leypsiq” (Almaniya) – “Atletiko” (İspaniya) Baş hakim: Şimon Marçinyak (Polşa) Lissabon. “Joze Alvelade” stadionu 14 avqust 23:00. “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya) Lissabon. “Da Luş” stadionu 15 avqust 23:00. “Mançester Siti” (İngiltərə) – “Lion” (Fransa) Lissabon. “Joze Alvelade” stadionu Geri dön |