Ana Sayfa > İdman > La Liqa klubunun iki üzvündə koronavirus aşkarlandı

La Liqa klubunun iki üzvündə koronavirus aşkarlandı


11-08-2020, 12:29. Yazar: admin
La Liqa klubunun iki üzvündə koronavirus aşkarlandı

İspaniyanın "Valensiya" klubunun iki üzvü koronavirusa yoluxub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçular, məşqçilər və klubun digər işçiləri testdən keçib. Test nəticələri müsbət olan şəxslərin vəzifələri və adları açıqlanmayıb, hər ikisi təcrid olunub.

Qeyd edək ki, "Valensiya" La Liqada 2019/2010 mövsümünü 53 xalla 9-cu pillədə başa vurub. "Yarasalar" avrokuboklara vəsiqə qazana bilməyib.
Geri dön