Ana Sayfa > İdman > Avropa Liqasında püşk həyəcanı: “Neftçi”, “Keşlə” və “Sumqayıt” rəqiblərini gözləyir
Avropa Liqasında püşk həyəcanı: “Neftçi”, “Keşlə” və “Sumqayıt” rəqiblərini gözləyir10-08-2020, 02:20. Yazar: admin |
Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq. Oxu.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasimdə 94 iştirakçı 47 cüt təşkil edəcək. Bunlardan 86-sı klub, 8-i cüt şəklində püşkə qatılacaq. Sözügedən tədbirdə Azərbaycan klublarının - “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın da rəqibləri bəlli olacaq. Paytaxt təmsilçiləri səpələnmiş, “Sumqayıt” isə səpələnməmişlərdən olacaq. UEFA ənənəvi olaraq püşkatmadan öncə iştirakçıları qruplara bölüb. “Neftçi” və “Keşlə”nin potensial rəqibləri aşağıdakılar olacaq: 1. “Şkupi” (Şimali Makedoniya), 2. “Laçi” (Albaniya) 3. “Dinamo” (Batumi, Gürcüstan) “Sumqayıt”ın potensial rəqibləri isə bunlardır: 1. “Universitatya” (Rumıniya) 2. “Kayrat” (Qazaxıstan) 3. “Şkendiya” (Şimali Makedoniya) 4. “Topola” (Serbiya) Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları avqustun 27-də keçiriləcək. Zaur Xudiyev Bizimlə əlaqə saxlayın Geri dön |