Ana Sayfa > İdman > Yarış zamanı ağır qəza: Velosipedçi komaya düşdü

Yarış zamanı ağır qəza: Velosipedçi komaya düşdü


6-08-2020, 03:37. Yazar: admin

Hollandiyalı veloyürüşçü Fabio Yakobsen "Polşa turu"nun finişində ciddi qəzaya düşüb.

"Report"un "Yahoo"ya istinadən məlumatına görə, "Deceuninck-QuickStep" komandasının üzvü yarış zamanı "Jumbo-Visma"dan Dilan Qrunevegenlə toqquşaraq trasdan kənara uçub.

Hazırda Yakobsen komadadır. O, kəllə-beyin travması alıb və çoxlu qan itirib. İdmançının həyatı təhlükədədir.

Daha 4 veloyürüşçü isə zədələnib. Onlardan 2-si xəstəxanaya çatdırılıb.


Geri dön