Ana Sayfa > İdman > Olimpiadada futbol yarışlarının vaxtı açıqlandı

Olimpiadada futbol yarışlarının vaxtı açıqlandı


23-07-2020, 16:24. Yazar: admin
Olimpiadada futbol yarışlarının vaxtı açıqlandı

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında futbol yarışlarının vaxtı bəlli olub.

"Report" FIFA-nın rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, kişilərin yarışı 2021-ci il 22 iyul - 7 avqustda gerçəkləşəcək.

Qadınların analoji turniri isə gələn il 21 iyul - 6 avqustda olacaq.

Qeyd edək ki, "Tokio-2020" koronavirus pandemiyası səbəbindən 2021-ci il 23 iyul - 8 avqusta təxirə salınıb.
Geri dön