Ana Sayfa > İdman > "Barselona"da sabiq prezidentlər yenidən seçkilərə qatılacaq
"Barselona"da sabiq prezidentlər yenidən seçkilərə qatılacaq21-07-2020, 15:44. Yazar: admin |
"Barselona"da gələn il təşkil ediləcək prezident seçkiləri gərgin keçəcək. Apasport.az saytının məlumatına görə, artıq 3 nəfər namizədliyini irəli sürmək fikrindədir. Hazırkı rəhbər Xosep Bartomeu ilə yanaşı, keçmiş prezidentlər Joan Laporta və Sandro Rosel də yenidən bu posta iddialıdırlar. Laporta 2003-2010-cu illərdə kataloniyalılara başçılıq edibsə, onu əvəzləyən Rosel braziliyalı Neymarın transferindəki qalmaqallı məsələ ilə diqqət çəkib, 2017-ci ildə isə həbs olunaraq, 2 il azadlıqdan məhrum edilib. Qeyd edək ki, hazırkı prezident Bartomeu Roselin dönəmində vitse-prezident vəzifəsini icra edib. Geri dön |