Ana Sayfa > İdman > "Arsenal" İngiltərə kubokunda finala yüksəlib
"Arsenal" İngiltərə kubokunda finala yüksəlib19-07-2020, 01:11. Yazar: admin |
İngiltərə kubokunda ilk finalçı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, buna yarımfinal mərhələsinin bu gün keçirilən oyundan sonra aydınlıq gəlib. "Uembli" stadionunda "Arsenal"la "Mançester Siti" qarşılaşıb. Premyer Liqada uğursuz mövsüm keçirən "Arsenal" Londondakı görüşdə rəqibinə qalib gələrək, finala vəsiqə əldə edib. Yarımfinal mərhələsinin digər oyunu iyulun 19-da "Mançester Yunayted"lə "Çelsi" (21:00) arasında keçiriləcək. Qeyd edək ki, turnirin final qarşılaşması avqustun 1-də baş tutacaq. İngiltərə kuboku Yarımfinal 18 iyul "Arsenal" - "Mançester Siti" - 2:0 Obameyanq, 19, 71 Geri dön |