Ana Sayfa > İdman > Bundesliqada yeni mövsümün başlayacağı tarix açıqlandı
Bundesliqada yeni mövsümün başlayacağı tarix açıqlandı10-07-2020, 16:43. Yazar: admin |
![]() Futbol üzrə Almaniya Bundesliqasında yeni mövsümün başlayacağı tarix açıqlanıb. "Report" Almaniya Futbol İttifaqının (DFB) rəsmi saytına istinadən xəbər verir ki, 2020/2021 mövsümündə ilk turun matçları 18 - 21 sentyabrda baş tutacaq. DFB yeni mövsümün 11 - 14 sentyabrda ölkə kubokunun oyunları ilə başlayacağını da açıqlayıb. Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" komandasının iştirak etdiyi II Bundesliqada da ilk tur 18 - 21 sentyabrda olacaq. Bundesliqada 2020-ci ilin son turu 18 - 21 dekabrda gerçəkləşəcək. Mövsümün gec başlaması ilə əlaqədar qış fasiləsi qısaldılacaq və matçlar yanvar ayının ilk həftəsonunda davam edəcək. Mövsüm mayın 22-də yekunlaşacaq. Bundesliqada qalmaq üçün keçirilən pley-off görüşləri 26 və 29 mayda olacaq. Qeyd edək ki, Bundesliqada 2019/2020 mövsümünün qalibi adını "Bavariya" qazanıb. Geri dön |