Ana Sayfa > İdman > Beş əvəzetmə qaydasının müddəti artırılır

Beş əvəzetmə qaydasının müddəti artırılır


8-07-2020, 16:44. Yazar: admin

Beş əvəzetmə qaydasının müddəti artırılır
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) beş əvəzetmədən istifadənin müddətini daha bir mövsüm artıracaq.

Bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Hazırda komandalara 90 dəqiqə ərzində meydançada beş futbolçunu dəyişdirməyə icazə verilir. Əlavə vaxtda altıncı əvəzetmə də həyata keçirilə bilər.

Qeyd edək ki, futbolda beş əvəzetmə icazəsi koronavirus pandemiyası səbəbindən tətbiq olunub.
Geri dön