Ana Sayfa > İdman > Azərbaycanlı dünya və Avropa çempionu 22 yaşında öldü

Azərbaycanlı dünya və Avropa çempionu 22 yaşında öldü


6-07-2020, 13:36. Yazar: admin
Azərbaycanlı dünya və Avropa çempionu 22 yaşında öldü

Azərbaycan idmanına itki üz verib.

"Report"un məlumatına görə, dünən gecə qəflətən halı pisləşən zorxana ustası Rüfət Gülaliyev vəfat edib.

Qeyd edək ki, əslən Laçın rayonundan olan Rüfət Gülalıyev 1998-ci ildə anadan olub. O, ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alıb. Zorxana ustası Avropa və dünya çempionluğundan əlavə, IV İslam Həmrəyliyi Oyunlarında 1 qızıl və 1 gümüş medal qazanıb.

Allah rəhmət eləsin.
Geri dön