Ana Sayfa > İdman > Donald Gerye yenidən "Qarabağ"da

Donald Gerye yenidən "Qarabağ"da


1-07-2020, 19:42. Yazar: admin
Donald Gerye yenidən "Qarabağ"da

Son olaraq "Neftçi"də çıxış edən Donald Gerye "Qarabağ"a qayıdıb.

"Report"un məlumatına görə, bu barədə 31 yaşlı cinah oyunçusu şəxsi "Instagram" hesabından məlumat verib.

Haitili oyunçu Ağdam təmsilçisinə geri döndüyünü və anlaşmanın tamamlandığını yazıb.

Qeyd edək ki, Donald Gerye 2017 - 2019-cu illərdə "Qarabağ"ın formasını geyinib. Ötən yay "Neftçi"yə keçən futbolçu bir müddət öncə "ağ-qaralar"ın sıralarını tərk edib.
Geri dön