Ana Sayfa > İdman > MLS-də 18 futbolçu koronavirusa yoluxdu
MLS-də 18 futbolçu koronavirusa yoluxdu29-06-2020, 09:26. Yazar: admin |
ABŞ-ın MLS çempionatı koronavirus testlərinin nəticələrini açıqlayıb. "Report"un məlumatına görə, 18 futbolçunun və 6 işçinin testləri müsbət nəticələnib. Ümumilikdə, mövsümün yenidən başlaması ərəfəsində 668 futbolçu testdən keçib. Qeyd edək ki, MLS-də yeni mövsüm iyulun 8-də bərpa olunacaq. Turnir dünya çempionatı formatında Orlandoda keçiriləcək və 11 avqusta qədər davam edəcək. Oyunçular və klub rəsmiləri mütəmadi olaraq koronavirus testlərindən keçəcəklər. MLS-də mövsüm martın 12-də koronavirusa görə dayandırılıb. Geri dön |