Ana Sayfa > İdman > Ronaldu ilk dəfə ardıcıl iki final matçını məğlub tərk etdi

Ronaldu ilk dəfə ardıcıl iki final matçını məğlub tərk etdi


18-06-2020, 11:29. Yazar: admin
Ronaldu ilk dəfə ardıcıl iki final matçını məğlub tərk etdi

İtaliyanın “Yuventus” futbol klubunun hücumçusu Kriştianu Ronaldu karyerasında ilk dəfə ardıcıl olaraq iki final oyununu məğlub tərk edib.

Bu barədə Goal.com məlumat yayıb.

Qeyd edək ki, ötən gecə İtaliya Kubokunun final matçında “Napoli” klubu “Yuventus”la üz-üzə gəlib.

Neapoldakı “San Paolo” stadionunda oynanılan matçda 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Penaltilər seriyasında isə Cennaro Qattuzonun çalışdırdığı “Napoli” daha dəqiq olub (4:2) və İtaliya kubokuna sahib çıxıb.

Bundan əvvəl isə “Yuventus” ölkə Superkuboku uğrunda matçda “Lazio”ya məğlub olub (1:3).
Geri dön