Ana Sayfa > İdman > Ev dustaqlığında olan Azərbaycan basketbolçusu toplanışa dəvət aldı

Ev dustaqlığında olan Azərbaycan basketbolçusu toplanışa dəvət aldı


10-06-2020, 14:47. Yazar: admin
Ev dustaqlığında olan Azərbaycan basketbolçusu toplanışa dəvət aldı

Azərbaycan Basketbol Federasiyası hazırda ev dustaqlığında olan Amil Həmzəyevi Göygöl rayonundakı təlim-məşq toplanışına çağırıb.

Bu barədə "Report"a 30 yaşlı oyunçunun vəkili Zaur Niftəliyev məlumat verib. O bildirib ki, Həmzəyevin hazırlıq prosesində iştirakı üçün müvafiq istintaq orqanına müraciət olunacağını söyləyib.

Qeyd edək ki, danışılmış oyunlarda ittiham olunan Azərbaycan millisinin sabiq futbolçusu Cəmşid Məhərrəmov və yığmanın sabiq basketbolçusu Amil Həmzəyev həbsxanadan ev dustaqlığına buraxılıb.
Geri dön