Ana Sayfa > İdman > Koronavirusa yoluxan Azərbaycan millisinin sabiq məşqçisi: “Xəstələri görüb dəhşətə gəlirəm” - MÜSAHİBƏ
Koronavirusa yoluxan Azərbaycan millisinin sabiq məşqçisi: “Xəstələri görüb dəhşətə gəlirəm” - MÜSAHİBƏ5-06-2020, 11:43. Yazar: admin |
![]() Koronavirusa yoluxan Azərbaycan millisinin sabiq məşqçisi Nadir Qasımovun apasport.az saytına müsahibəsi - Koronavirusa yoluxduğunuzdan xəstəxanaya yerləşdirilmisiniz. Hazırda vəziyyətiniz necədir? - İndi vəziyyətim normaldır, özümü pis hiss etmirəm. - Virusa yoluxdunuzu necə bildiniz? - Heç özüm də bilmirəm necə yoluxdum. İlk gündən “evdə qal” çağırışına əməl edən adamam. Yalnız axşam saat 9-dan sonra evin qarşısında 270 addımlıq məsafəni 5-6 dəfə dövr edirdim ki, ayaqlarım tutulmasın. Kimləsə nə təmasda olurdum, nə də söhbət edirdim. Özümə də çox maraqlıdır, dəhşətə gəlirəm ki, bu qədər qorunan adam necə olur ki, yoluxur. - Ailənizdən, qohumlarınızda başqa yoluxan yoxdur? - Evdə təkcə həyat yoldaşımla ikimiz qalırıq. Özümü pis hiss etdiyim vaxt zəng vurub həkim çağırdım. Hər ikimizdən test götürdülər. Həyat yoldaşımda testin nəticəsi mənfi çıxdı. - Həkimlər durumunuzla bağlı nə deyirlər? - Hazırda Neftçilər xəstəxanasındayam, bir neçə gündən sonra yenidən məndən test götürəcəklər. Əslində, məndə elə güclü simptomlar yoxdur. Yalnız temperaturum yüksək olur. Hərarətim 37-ni keçən kimi canıma darıxma düşür. Həkimlər sistem qoşurlar, hərarətim düşəndə özümü normal hiss edirəm. - Yanınızda bu virusa yoluxan başqa xəstələr var? - Bəli, bura xəstə ilə doludur. Onlara baxıb dəhşətə gəlirəm. Öskürəkləri dayanmır, boğulurlar. Məndə hələ belə hallar yaranmır. - Futbol ictimaiyyətindən kimlər sizinlə əlaqə saxlayıb halınız soruşur? - Bəli, tələbələrim, məşqçilər zəng vururlar. Rüstəm Rəhimov, Ağasəlim Mircavadov maraqlanır. Hətta Rüstəm müəllimdən xahiş elədim ki, maaşımı alıb evə çatdırsın. - AFFA rəhbərliyindən zəng edən olub? - AFFA-dan Nəriman adlı bir oğlan zəng vurub soruşmuşdu ki, sizə nəsə lazımdır? Burada mənə nə lazım olacaq ki? Sağ olsunlar, həkimlər çox yaxşı baxırlar, xəstələrin qulluğunda dururlar. - Koronavirusa hələ də inanmayan, gigiyenik qaydalara əməl etməyən insanlar var. Onlara sözünüz nədir? - Çox nahaq yerə inanmırlar. Mən hələ inanırdım, qaydalara əməl edirdim, buna baxmayaraq, xəstəliyə yenə də tutuldum. Burada insanların necə əziyyət çəkdiklərini görürəm. Geri dön |