Ana Sayfa > İdman > İngiltərə klublarında koronavirusa 6 yoluxma halı qeydə alındı

İngiltərə klublarında koronavirusa 6 yoluxma halı qeydə alındı


19-05-2020, 21:40. Yazar: admin
İngiltərə klublarında koronavirusa 6 yoluxma halı qeydə alındı

İngiltərə Premyer Liqasında çıxış edən klublarda koronavirusa görə aparılan testlərin nəticələri açıqlanıb.

"Report"un çempionatın rəsmi saytına istinadən məlumatına görə, 748 nəfərdən götürülən analizlərdən sonra 3 klubda virusa ümumilikdə 6 yoluxma halı aşkarlanıb.

Həmin şəxslərin adları açıqlanmayıb. Onlar 7 günlük karantində olacaqlar.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında klubların bu gündən kiçik qruplar şəklində məşqlərə başlamasına icazə verilib.

Geri dön