Ana Sayfa > İdman > "Bavariya" səfərdə qalib gəldi, "Maynts" heç-heçə etdi

"Bavariya" səfərdə qalib gəldi, "Maynts" heç-heçə etdi


17-05-2020, 22:07. Yazar: admin
"Bavariya" səfərdə qalib gəldi, "Maynts" heç-heçə etdi

Futbol üzrə Almaniya Bundesliqasında XXVI turun növbəti oyunları keçirilib.

"Report"un məlumatına görə, lider "Bavariya" Berlində "Union"la qarşılaşıb. "An der Alten Försteray" stadionunda təşkil olunmuş görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 40-cı dəqiqədə penaltidən Robert Levandovski açıb. Bu, polşalı hücumçunun mövsümdə 40-cı qolu olub. O, Bundesliqada 26-cı dəfə fərqlənərək, bombardirlər siyahısında liderliyini inamla davam etdirib.

Matçda yekun nöqtəni isə 80-ci dəqiqədə Benjamin Pavar qoyub.

Günün digər oyununda "Köln" "Maynts"la məhsuldar heç-heçə edib - 2:2.

Bu nəticələrdən sonra "Bavariya" xallarını 58-ə çatdırıb və ən yaxın izləyicisi Dortmund "Borussiya"sı ilə fərqi yenidən 4-ə yüksəldib. "Köln" 33 xalla 10-cu, "Union" 30 xalla 12-ci, "Maynts" 27 xalla 15-cidir.

Qeyd edək ki, tura mayın 18-də "Verder" - "Bayer" görüşü ilə yekun vurulacaq.

Geri dön