Ana Sayfa > İdman > Rusiyanın üç klubu “Milan”ın futbolçusu ilə maraqlanır

Rusiyanın üç klubu “Milan”ın futbolçusu ilə maraqlanır


17-05-2020, 14:09. Yazar: admin
Rusiyanın üç klubu “Milan”ın futbolçusu ilə maraqlanır

Rusiyanın “Spartak”, “Lokomotiv” və “Krasnodar” futbol klubu İtaliyanın “Milan” klubunun uruquvaylı yarımmüdafiəçisi Dieqo Laksaltanı əldə etmək istəyir.

“Report” xəbər verir ki, bu barədə məlumat jurnalist Janluki Di Marionun rəsmi saytında yerləşdirilib.

Qeyd olunur ki, 27 yaşlı futbolçunun nümayəndələri artıq “Spartak”la əlaqə saxlayıb, “Lokomotiv” və “Krasnodar” isə uruquvaylı uğrunda mübarizəyə qoşulmağa hazırdırlar.

Dieqo Laksalt 2018-ci ildən “Milan”ın oyunçusudur. Bu mövsüm, İtaliya çempionatında 16 matç keçirib, yalnız bir məhsuldar ötürmə ilə yadda qalıb

Geri dön