Ana Sayfa > İdman > İdmançılar və onların məşqçilərinin mükafat məbləği məlum oldu
İdmançılar və onların məşqçilərinin mükafat məbləği məlum oldu16-05-2020, 16:21. Yazar: admin |
2019-cu ildə beynəlxalq idman yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarının və onların məşqçilərinin mükafatlandırılmasına 2,1 milyon manat sərf olunub. "Report"un məlumatına görə, bu barədə 2019-cu il dövlət büdcəsinin icrası haqqında hesabatda bildirilir. Sənəddə o da qeyd olunur ki, Yardımlı, Tərtər, Neftçala rayonlarında Olimpiya Komplekslərinin tikintisi və ölkədə iri miqyaslı beynəlxalq idman tədbirlərinin keçirilməsi ilə bağlı xərclər 197,2 milyon manat təşkil edib. AVRO-2020-nin 4 oyununun Bakıda keçirilməsi üçün hazırlıq işlərinə isə 10 milyon manat ayrılıb. Geri dön |