Ana Sayfa > İdman > Avropada ölkə çempionatlarının bərpa tarixi məlum olub - SİYAHI
Avropada ölkə çempionatlarının bərpa tarixi məlum olub - SİYAHI15-05-2020, 14:38. Yazar: admin |
Koronavirus pandemiyası səbəbindən Avropada dayandırılan 53 ölkə çempionatının aqibəti bir-bir bəlli olur. Apasport.az saytının məlumatına görə, artıq sabah Almaniya Bundesliqasında mübarizə bərpa olunacaq. Almanlarla yanaşı, daha bir neçə ölkə hazırkı duruma əsasən, bərpa tarixini müəyyənləşdirib. Ümumilikdə 27 liqanın konkret bərpa günü təyin olunub. Hər şey plana uyğun şəkildə gedərsə, may ayında 11 ölkədə çempionat qaldığı yerdən davam edəcək. 16 çempionatın isə iyunda bərpa olunması planlaşdırılıb. Azərbaycan Premyer Liqası da daxil olmaqla 20 ölkədə hələ də qeyri-müəyyənlik hökm sürür. Fransa, Cəbəllütariq, Niderland və Lüksemburqda mövsüm artıq başa çatdırılıb. Belçika və Farer adaları da tezliklə bu addıma əl atmağa hazırlaşır. Hazırda Avropada yalnız Belarusda mövsüm davam edir. Lakin bu ölkədə koronavirusun yayılma sürəti artdığından, çempionatın dayandırılması istisna olunmur. Qeyd edək ki, Avropada yalnız Lixtenşteyndə ölkə çempionatı keçirilmir. Çempionatların təxmini bərpa tarixi: Almaniya - 16 may Macarıstan - 23 may Çexiya - 23 may Danimarka - 28 may Avstriya - 29 may Polşa - 29 may Xorvatiya - 30 may İsrail - 30 may Litva - 30 may Ukrayna - 30 may Serbiya - 30 may Monteneqro - 1 iyun Albaniya - 3 iyun Portuqaliya - 4 iyun Slovakiya - 6 iyun Sloveniya - 6 iyun İsveçrə - 8 iyun Türkiyə - 12 iyun İngiltərə - 12 iyun İslandiya - 13 iyun İtaliya - 13 iyun Yunanıstan - 14 iyun İsveç - 14 iyun Norveç - 16 iyun Finlandiya - 17 iyun Bolqarıstan - 5 və ya 12 iyun İspaniya - 12 və ya 19 iyun Belarus – dayandırıla bilər Azərbaycan - qeyri-müəyyən Andorra – qeyri-müəyyən Ermənistan - qeyri-müəyyən Bosniya və Herseqovina - qeyri-müəyyən Qazaxıstan - qeyri-müəyyən Kipr - qeyri-müəyyən Şotlandiya - qeyri-müəyyən Estoniya - qeyri-müəyyən Gürcüstan - qeyri-müəyyən İrlandiya - qeyri-müəyyən Şimali İrlandiya - qeyri-müəyyən Kosovo - qeyri-müəyyən Latviya - qeyri-müəyyən Şimali Makedoniya - qeyri-müəyyən Malta - qeyri-müəyyən Moldova - qeyri-müəyyən Uels - qeyri-müəyyən Rumıniya - qeyri-müəyyən Rusiya - qeyri-müəyyən San Marino - qeyri-müəyyən Belçika – başa çatmaq üzrədir Farer adaları - başa çatmaq üzrədir Fransa – başa çatıb Cəbəllütariq - başa çatıb Niderland – başa çatıb Lüksemburq – başa çatıb Geri dön |