Ana Sayfa > Hadisə / Manşet > Kərəm Həsənovun "xaç atası" adlandırılan Mohuma Heraçiyev kimdir?
Kərəm Həsənovun "xaç atası" adlandırılan Mohuma Heraçiyev kimdir?17-11-2015, 10:54. Yazar: admin |
Aşağıda verilən məlumatlar bir çox media resurslarında yayımlandı və heç kim tərəfindən təkzib edilmədi. Teref.info bu məlumatların bəzilərini yenidən oxuculara təqdim edirk ki, sonra Mohuma Heraçiyevin kimliyi barəsində əldə etdiyi məlumatları oxucularla bölüşək! Məlumatlı şəxs qeyd edir ki, “MTN işi” məsələsinin bir ucu da Mohuma Heraçiyevi də vura bilər. Çünki dünən həbs edilən MTN -nin keçmiş generalı və idarə rəisi Akif Çovdarovun milyonluq obyektləri, torpaq sahələri, istixanaları, binaları, mağazaları, restoranlar birbaşa Mohuma Heraçiyevin sayəsində sənədləşdirilib. Bundan başqa ölkədəki bütün dövlət torpaqlarının məlumatlarını da, Mohuma Heraçiyev vasitəsi ilə MTN generallarına çatdırıldığı qeyd olunur. İddiaya görə Mohumanın göstərişi ilə Dövlət Resyter Xidmətinin rəisi Məhəmməd İmanov Akif Çovdarovun milyardlıq mal mülkünün sənədlərini qısa müddətdə reysterdən keçirilməsini təmin edib. Düzdür, Akif Çovdarovun Məhəmməd İmanovla da əlaqləri olub. Lakin eraçiyevlə Kərəm Həsənovun MTN-nin Beynəlxalq Əlaqələri şöbəsinin rəisi işləyən qardaşı Şahin Həsənov çox yaxın dost olduqları bildirilir və bu üzdən də, MTN-nin sifarişləri də məhz Əmlak Məsələləri Dövlət Komitəsinin boz kardinalı vasitəsi ilə həyata keçirilib. Şahin Həsənovun MTN-dəki şöbəyə gətirilməsi isə Mahmudov- Çovdarov planının bir parçası olub. Mənbəmiz qeyd edir ki, dəfələrlə bir çox iş adamları ilə Mohuma Heraçiyevin arasıdna yaranmış problemləri Akif Çovdarovun bir zəngi ilə yoluna qoyulub. Yəni Akif Çovdarov zəng edərək problem yaradanı qorxutmaqla Mohuma Heraçiyevin problemlərini yoluna qoyub. Həbs edilən generalın paytaxdakı yüzlərlə evinə verilən sənədlər isə, Heraçiyevlə İmanovun ona hədiyyələri olub. Mənbəmiz onu da bildirdi ki, 2 il öncə Kərəm Həsənovun qızının toyunda komitə sədri ilə Eldar Mahmudov yana-yana oturublar və həmin masada Akif Çovdarovla Şahin Həsənovla yanaşı Mohuma Heraçiyev və Məhəmməd İmanov da oturub. Bu isə Kərəm Həsənovu bəzi rəqiblərinə öz gücünü nümayiş etdirməsi kimi anlaşılıb. Həmin toyda MTN generalları ilə Kərəm Həsənovun və ətrafının necə də, isti münasibətlər nümayiş etdirmələri hələ də toyda iştirak edənlərin xatirindədir. Bəs bu Mohuma Heraçiyevin kimdir? Teref.infonun əldə etdiyi məlumata görə o Zaqatalanın Kebeloba kəndindəndir. Milliyətcə avardır. Onun yüksəlməsində 93-94 cü illərdə Balakən icra başçısı işləmiş qaynatası Şamil Məmmədov böyük rol oynayıb. Lakin Əli Ansunski ilə düşmənçiliyi üzündən ordan gedib. Əli Ansunski öldürüləndən sonra Zaqatalaya qayıdıb. Məlumat verən mənbənin dediyinə görə bu gün Zaqatalanın ən böğyük obyektlərinin çoxu Şamil Məmmədovundur. Mənbəmizin verdiyi xəbərə görə Şamil Məmmədov Bakıya gələrkən burdada işsiz qalmayıb. Bakıda "Ulduz" stansiyasında yerləşən "Bakı ağır poladəritmə" zavodunda direktor işləyib. Sonradan bu zavodu özəlləşdirib. Mənbəmizin dediyinə görə Mohuma Heraçiyev Kərəm Həsənovun ən inanılmış adamıdır və komitənin bütün pul əməliyyatları onun əli ilə həyata keçirilir. Komitədə "1 pəncərə" sistemi olduğuna görə bu milyardlar deməkdir. Mənbənin dediyinə görə onun Dubayda, Türkiyədə və Rusiyada böyük obyektləri var. Hər halda mənbəmizin dedikləridir. Lakin bunlar mediada açıqlanan faktlarla üst üstə düşdüyü üçün bizdə bu faktları açıqladıq və bizim bu faktları açıqlamaqda məqsədimiz Azərbaycan prezidenti cənab İlham Əliyevin korrupsiyaya qarşı apardığı mübarizədə kiçikdə olsa kömək etmək arzumuzdur. Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq! Geri dön |